Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” xəbər verir.
Zelenskinin orada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Ər-Riyadda görüşü nəzərdə tutulub.
Ukrayna liderinin vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ-lə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar.
Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında danışıqlar aparacaq.