AZ

Audiovizual Şuradan bəzi kanalların HD yayımı dayandırması ilə bağlı iddialara REAKSİYA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Audiovizual Şura bir sıra yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara münasibət bildirib.
Səsləndirilən iddia ilə bağlı Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir:
"Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır. Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir".
Aləmdə Nəsib
Seçilən
10
16
oxu.az

10Mənbələr