Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, S. Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub.

Rusiya prezidentinin müvafiq fərmanı hüquq-informasiya portalında dərc olunub.

Leqal.info