Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması - “Barselona” - “Benfika” oyunu 1 dəqiqəlik sükutla başlayacaq.
Fanat.Az xəbər verir ki, UEFA İspaniya nəhənginin dünyasını dəyişən həkimi Karles Minaro Qarsiyanın xatirəsinin yad edilməsinə mane olmayıb.
"Blauqrana"nın həkimi İspaniya La Liqasının 27-ci turunun “Barselona” – “Osasuna” matçından öncə həyatla vidalaşıb. Bu səbəbdən həmin oyun təxirə salınıb.
“Barselona” - “Benfika” oyunu martın 11-də keçiriləcək. Tərəflərin ilk dueli "Barsa"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.