Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanınınvəliəhdi, Baş nazir Məhəmməd bin Salman Al Səud ilə görüşüb.Tərəflər, Ukraynada müharibəyə son qoyacaq və sülhü uzunmüddətli vəetibarlı edə biləcək addımları və şərtləri müzakirə ediblər.
Trend xəbər verirki, bu barədə Zelenski “Telegram” səhifəsində məlumat yayıb.
O, bildirib ki, görüşdə əsirlərin azad edilməsi və uşaqlarıngeri qaytarılması kimi məsələlər müzakirə olunub və bu, diplomatiksəylərə etimadın yaradılması üçün əhəmiyyətli bir addım ola bilər.Həmçinin, təhlükəsizlik təminatlarının formatlarına dair ətraflımüzakirələr aparılıb.
Prezident Zelenski qeyd edib ki, tərəflər həm ikitərəfli, həm dədigər tərəfdaşlarla müzakirə edilən əsas məsələləri gündəməgətiriblər. O, Səudiyyə Ərəbistanının diplomatiya üçün çox mühümplatforma təqdim etdiyini vurğulayıb.
Zelenski, həmçinin əlavə edib ki, Ukrayna komandası ABŞkomandası ilə işləmək üçün Ciddədə qalacaq və iclas bu gün, martın11-də baş tutacaq. Prezident bildirib ki, görüşdən praktiki nəticəgözləyirlər və Ukraynanın mövqeyi konstruktiv olacaq.
Bundan əlavə, Zelenski Səudiyyə Ərəbistanı vəliəhdininUkraynanın gələcəyinə inam sözləri eşitməsinin çox vacib olduğunubildirib. Səudiyyə Ərəbistanının iqtisadi strategiyasından danışanZelenski, əməkdaşlıq üçün hazır olduqlarını və qarşılıqlıfəaliyyətin hər iki ölkəyə güc verəcəyini vurğulayıb.