Demokrat.az xəbər verir ki, bunu Xalq artisti Afaq Bəşirqızı "Qapqara" yutub layihəsində deyib. Aktrisa hazırda Xalq və Əməkdar artist fəxri adlarının heç kimə verilməməsinin həmkarlarına çox pis təsir etdiyini vurğulayıb:
"İndi deyirlər ki, Xalq və Əməkdar artist fəxri adlarını yığışdırıblar. Camaatın aralarında ürəyi partlayanı, fikrə düşəni, beyni pozulanı var. Bunu sizə səmimi deyirəm. Bu məsələ mətbuata çıxarılmır. Aktyorlar deyirlər ki, bu işdə can qoymuşuq, onda niyə işləyirdik? Evi, maaşı yoxdur. İndi də Əməkdar artist olmayacaq. Bu çox böyük bir faciədir. Siz axı özünüzdə belə bir yazılmamış qanun qoymusunuz. Adı olmasa, birinci-ikincilər siyasında dayana bilməz, Fəxri xiyabanda dəfn oluna bilməz. Amma o fəxri aktyordur. Məsələn Səməndər Rzayev adi məzarlıqda basdırılıb. Çox böyük haqqsızlıqlar var".
Sənətçi bildirib ki, Azərbaycan teatrının problemləri sayılmazdır: