AZ

Rusiyada 680 min immiqrant “qanunsuz” olaraq sistemə yüklənib

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev ölkədə hüquqi statusunu itirmiş əcnəbilərin müəyyən edilməsi üçün yaradılmış qeydiyyat sisteminə 680 mindən çox immiqrantın əlavə edildiyini açıqlayıb. Bildirilib ki, Rusiyada qanuni qalma müddətini aşan və ya lazımi sənədləri vaxtında doldurmayan immiqrantlar haqqında məlumatların yer aldığı sistemin məqsədi qeyri-qanuni yaşayan immiqrantların sayını məhdudlaşdırmaqdır.

Hafta.az-ın yazdığına görə, nazir Kolokoltsev bildirib ki, immiqrantlara statuslarını leqallaşdırmaq üçün aprelin 30-dək vaxt verilib, əks halda deportasiya oluna bilərlər.

Daxili İşlər Nazirliyi tərəfindən yaradılan və gündə dörd dəfə yenilənən bu məlumat bazası sayəsində dövlət qurumları və şirkətləri xarici vətəndaşlara xidmət göstərməzdən əvvəl onların şəxsiyyət məlumatlarını sorğulamalı olurlar.

Sistemdə immiqrantlara təhsil və sağlamlıq kimi ictimai xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, eyni zamanda onların işlədikləri və ya yaşadıqları ərazini tərk etmələri də qadağandır.

Nazirliyin müəyyən etdiyi qaydalara görə, immiqrantlar aprelin 30-dək polis bölmələrinə müraciət edərək hüquqi statuslarını düzəltməlidirlər. Tələb olunan sənədləri tamamlaya bilməyən və ya bu tarixə qədər ölkədən getməyən immiqrantlar deportasiya riski ilə üzləşirlər.

Seçilən
42
hafta.az

1Mənbələr