AZ

Nazir müavini: Ötən il Azərbaycan və İspaniya arasında ticarət dövriyyəsi 310 milyon dollar olub

Bakı 11 mart, AZƏRTAC

Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında Strateji İqtisadi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan-İspaniya biznes forumunda deyib.

O qeyd edib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 310 milyon dollar təşkil edib: “İspaniya Azərbaycanın və Avropa İttifaqının əsas iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətli imkanlar var”.

Seçilən
14
1
azertag.az

2Mənbələr