Azərbaycanın dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, mart ayının 6-da DSX-nin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanıb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */