Bakı.Trend:
Qırğızıstanın 2010-cu ildə devrilmiş keçmiş prezidenti KurmanbekBakiyevin qohumları vətənə qayıdacağı təqdirdə həbsolunacaqlar.
Trend xəbər verirki, bunu Qırğızıstanın dövlət başçısı Sadır Japarov “Kabar” dövlətinformasiya agentliyinə verdiyi müsahibədə deyib.
“Maksim (Kurmanbek Bakiyevin oğlu) və Janış (keçmiş prezidentinqardaşı) Bakiyevlər ömürlük azadlıqdan məhrum ediliblər. Onlargəlsələr, dəmir barmaqlılqar arxasına düşəcəklər”, - Japarovbildirib.
Onun sözlərinə görə, keçmiş prezidentin qohumlarına qarşı qəbulolunmuş məhkəmə qərarlarını heç kim dəyişə bilməz.
Kurmanbek Bakiyev 2010-cu ilin aprel ayında inqilab nəticəsindədevrilib. Siyasi qarşıdurma zamanı ona sadiq hərbçilərlə müxalifəttərəfdarları arasında baş verən toqquşmalarda 80-dən çox adamöldürülüb, yüzlərlə insan yaralanıb.