AZ

Azərbaycan və İspaniya iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovmartın 11-də İspaniya Krallığının İqtisadiyyat, Ticarət və BiznesNazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo LopesSenovilya ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında Strateji İqtisadiDialoqun birinci iclasının Bakıda keçirilməsinin əhəmiyyətivurğulanıb.

Həmçinin, Azərbaycan-İspaniya Biznes Forumunun və Azərbaycanınİqtisadiyyat Nazirliyi ilə İspaniyanın İqtisadiyyat, Ticarət vəBiznes Nazirliyi arasında “Strateji İqtisadi Əməkdaşlığa dairAnlaşma Memorandumu”nun imzalanmasının iqtisadi əlaqələringücləndirilməsinə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

S.Şərifov ötən ilin noyabrında COP29 çərçivəsində AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev ilə İspaniya KrallığıHökumətinin Sədri Pedro Sançez arasında baş tutmuş görüşünikitərəfli əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıqsahələrinin müəyyənləşdirilməsi baxımından önəmini qeyd edib.

Seçilən
34
8
az.trend.az

10Mənbələr