AZ

Azərbaycanla İspaniya arasında Anlaşma Memorandumu imzalanıb

İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi xanım Amparo Lopez Senoviya ilə görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

"Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək", - nazir əlavə edib.

Seçilən
7
2
vergiler.az

10Mənbələr