Azərbaycan Respublikasının Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov Ankaradakı Atatürk Liseyinin direktoru Adil Yamanın rəhbərliyi ilə qəbul edilib.
Newscenter.az Mərkəzə istinadən bildirir ki, görüşdə Azərbaycan səfirliyinin birinci katibi İslam Quliyev də iştirak edib.
Görüşdə məktəblərdə ortaq mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, türk dünyasının qəhrəmanları və tarixi şəxsiyyətlərimizlə bağlı layihələr, müsabiqələr, mədəniyyət günlərinin təşkili, eləcə də Azərbaycan-Türkiyə qardaşlığına dair proqramlar müzakirə olunub.
Qonaqlara Azərbaycan haqqında nəşrlər təqdim olunub.
Süleyman