Goranboyda yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində baş verib. "VAZ "markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriıib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma apararılır.

Leqal.info