AZ

Samuxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Samux Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə Samux rayonunda ağacəkmə aksiyası keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində Samux rayonunun Ziyadlı kəndində, Kür yolunun kənarında rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 600-ə yaxın ağac əkilib.

Seçilən
41
qht.az

1Mənbələr