AZ

Bakıda taxta bazarının ərazisində yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakışəhərinin Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarıadlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədarFHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhaləraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri vətəxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışıməntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digərsatış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdəsöndürülüb.

Yanğın nəticəsində 140kv.m. sahədə taxta altlıqlar, 2 ədəddəzgah, 6kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və6kv.m. sahədə satış köşkü yanıb.

Bazar ərazisində olan digər tikililər və materiallar yanğındanmühafizə olunub.

Seçilən
8
49
az.trend.az

10Mənbələr