AZ

Kloze derbi öncəsi Emreliyə istirahət verib

Millimizin və “Nürnberq”in futbolçusu Mahir Emrelinin 2-ci Bundesliqanın son turunda “Proyssen”ə qarşı oyunda (1:0) iştirak etmməsinin səbəbi bəlli olub.

Msport.az xəbər verir ki, Almaniya klubunun baş məşqçisi Miroslav Kloze bu qərarı azərbaycanlı forardla bir yerdə qəbul etdiklərini söləyib.

Onun sözlərinə görə, 28 yaşlı forvard həmin qarşılaşma üçün hazır deyildi: “Mahirlə uzun söhbət etdikdən sonra belə qərara gəldim. Mən həmişə meydanda bütün gücün 100 faiz ortaya qoyulmasının tərəfdarıyam. “Proyssen”lə görüş də var gücümüzlə mübarizə aparmalı olduğumuz oyunlardan biri idi. Ona görə də Mahirə isirahət verdik”.

Kloze Emrelinin növbəti turda “Qröyter”lə keçiriləcək Franko derbisinə hazır olacağına inandığını bildirib: “İndi məşq həftəsini gözləməliyik. Amma mən optimistəm”.

Qeyd edək ki, “Nürnberq” – “Qröyter” oyunu martın 16-da keçiriləcək.

Seçilən
27
msport.az

1Mənbələr