AZ

Məşhur aşpaz Azərbaycan mətbəxinə müraciət etdi – VİDEO

Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpaz, aparıcı Con Qreqori-Smit bu dəfə Azərbaycan mətbəxindən yemək hazırlayıb.

Bizim.Media xəbər verir ki, aşpaz 1 milyonluq instaqram səhifəsində izləyicilərinə xingəlin hazırlanmasını təqdim edib.

Onun bu paylaşımına dörd gün ərzində 17 minə yaxın bəyənmə gəlib. Video 500 min şəxs tərəfindən izlənilib.

Qeyd edək ki, Con 7 yemək kitabının müəllifidir. O, bir çox yemək proqramında aparıcılıq edib. Con kanallarında müntəzəm resept videoları yerləşdirir. (Axşam.az)



Bizim.Media

Seçilən
31
4
bizim.media

9Mənbələr