AZ

Azərbaycan iqtisadiyyatına investisiyaların həcmi 25 faizə yaxın azalıb

Dövlət Statistika Komitəsi əsas kapitala yönəldilmiş investisiyalar haqqında məlumatları açıqlayıb.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 8,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz az investisiya yönəldilmişdir.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz az olmuşdur.

İstifadə olunmuş investisiyanın 1050,6 milyon manatı və ya 52,3 faizi məhsul istehsalı  sahələrinə, 661,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 296,8 milyon manatı (14,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 422,4 milyon manatını və ya 70,8 faizini daxili investisiyalar təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 558 milyon manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Seçilən
23
9
marja.az

10Mənbələr