AZ

Azərbaycanda iqtisadiyyata investisiya qoyuluşu 24,8 % azalıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard manatməbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8faiz az investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyalarınhəcmi 32,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmişinvestisiyaların həcmi isə 20,8 faiz az olub.

İstifadə olunmuş investisiyanın 1,05 milyard manatı və ya 52,3faizi məhsul istehsalı sahələrinə, 661,5 milyon manatı (32,9 faizi)xidmət sahələrinə, 296,8 milyon manatı (14,8 faizi) isə yaşayışevlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 1,4 milyard manatınıvə ya 70,8 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitalayönəldilmiş investisiyaların 1,5 milyard manatı və ya 77,6 faizibilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərfolunub.

Seçilən
25
9
az.trend.az

10Mənbələr