AZ

UNEC QS Reytinqində irəliləyişə nail olub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq ali təhsil reytinqində daha bir uğura imza atıb.

QHT.az xəbər verir ki, bu barədə UNEC rektoru, professor Ədalət Muradov bildirib. Onun sözlərinə görə, 2025-ci ildə ümumilikdə 148 ölkədən 5203 təhsil müəssisəsi auditə cəlb olunmuş, onlardan 1747 təhsil müəssisəsi 55 ixtisas üzrə sıralamada iştirak etmişdir:

"QS Dünya Universitetlərinin İxtisaslar üzrə Reytinqini elan etdi. “Sosial Elmlər və Menecment” ixtisas qrupu üzrə 2024-cü ildə 501-550-ci olan UNEC bu il irəliləyərək 401-450-ci yerə yüksəlmişdir. “İqtisadiyyat və ekonometrika” ixtisası üzrə sıralamada isə UNEC 2025-ci ildə ümumilikdə 61.3 bal toplayaraq (Akademik reputasiya – 58.4; İşəgötürənlər arasında reputasiya – 60.9; Sitatlar - 71.0; H-indeksi – 57.7) ötən ilki mövqeyini 351-400-cü yerdə qorumuşdur". 

 

Pərvanə Fərhadqızı

Seçilən
27
4
qht.az

8Mənbələr