AZ

Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir (FOTO)

Bakı. Trend:

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramıçərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 12-13 marttarixlərində nazirliyin akademik Zərifə Əliyeva adına MilliOftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Cəbrayılşəhərində əhali üçün oftalmoloji tibbi müayinələr aparılır.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumatı yayıb.

Bildirilib ki, ikigünlük səyyar oftalmoloji müayinələrin başlıcaməqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görməqabiliyyətinin zəifləməsinin qarşısının alınması, görməpatologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrintəyin olunmasıdır.

Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmolojimüayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru gözsindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopikastiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, gözxəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilənnəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən vəçətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyevaadına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şəraityaradılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 190-a yaxınvətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərininsimptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə gözpatologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumioftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.

Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallarcavablandırılıb.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azadolunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin vəmaarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Məqalədə:
Seçilən
31
7
az.trend.az

8Mənbələr