AZ

7,5 min SDQ döyüşçüsü Suriya ordusuna qoşulur


YPG (Xalq Müdafiə Birlikləri) terror təşkilatının siyasi qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) və Dəməşq arasında saziş imzalandıqdan sonra bu birləşmələrdən təxminən 7,5 min döyüşçü Suriya ordusuna qoşulacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Türkiye” qəzeti Suriya Müstəqil Kürdlər Birliyinin sədri Əbdüləziz Temoya istinadla məlumat yayıb.
O qeyd edib ki, bu 7,5 min nəfər Suriya ordusunda xidmət edəcək SDQ üzvlərinin yalnız ilkin sayıdır.
SDQ-nin suriyalı olmayan üzvlərinə gəlincə, onlar ölkəni tərk etməli olacaqlar. Temo bildirib ki, 11 minə yaxın SDQ döyüşçüsü Türkiyədə qadağan olunmuş PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatının üzvüdür.
Seçilən
14
1
yeniavaz.com

2Mənbələr