Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.
Msport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı döyüşmədən 1/4 finala yüksəlib.
Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.
Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.