AZ

9 vilayətdə narkotik əməliyyatı:24 nəfər həbs edildi

Türkiyədə Giresun mərkəzli 9 vilayətdə narkotik istehsalçıları və satıcılarına qarşı həyata keçirilən əməliyyatda 24 nəfər həbs edilib.

Redaktor.az xəbər verir ki, Türkiyə Jandarma Baş Komandanlığının açıqlamasına görə, Giresun Jandarma Komandanlığı tərəfindən təşkil edilən əməliyyatda 24 şübhəli saxlanılaraq həbs olunub, 10 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verilib.

Şübhəlilərin ev və iş yerlərində aparılan axtarışlarda 8 tapança, 71 telefon və planşet, müxtəlif miqdarda narkotik maddə və çox sayda kəsici-deşici alət aşkarlanıb.

Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hesabatına əsasən, şübhəlilərin hesablarında narkotik ticarətindən əldə edilən 20 milyon lirəlik pul hərəkəti müəyyən edilib.

Əməliyyat çərçivəsində Giresun mərkəzli 24 vilayət üzrə narkotik maddə istifadə etdiyi aşkarlanan 305 nəfər barəsində hüquqi tədbirlər görüldüyü bildirilib.

Kənan YUSİF 

Seçilən
34
redaktor.az

1Mənbələr