Amerikalı əfsanəvi qolfçu Tayqer Vuds evdə məşq edərkən aldığı zədədən sonra Axilles vətərindən əməliyyat olunduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Məşqə davam edib evdə məşq etməyə başlayanda sol axilles vətərimdə kəskin ağrı hiss etdim, onun cırdığı olduğu ortaya çıxdı. Bu səhər cırılmış axilles vətərimi bərpa etmək üçün minimal invaziv əməliyyat keçirdim. İndi evə qayıdıram. Diqqətimi bərpa və reabilitasiyaya yönəltməyi planlaşdırıram, dəstəyə görə təşəkkür edirəm”.