AZ

Azərbaycan XİN-dən Pakistandakı terror aktı ilə bağlı bəyanat

  "Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi."

Referans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyyik və və terror təhdidinin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik", - deyə qeyd olunub.  

Seçilən
35
35
referans.az

10Mənbələr