AZ

Maskdan Trampa 100 milyonluq jest

Amerikalı iş adamı İlon Mask Prezident Donald Trampın siyasi işləri üçün 100 milyon dollar ianə edəcək. Metbuat.az xəbər verir ki, Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edən iş adamının ianə qərarı prezident Trampın Maskın Tesla şirkətindən avtomobil almasından sonra verilib. Ağ evdəki mənbələr “The New York Times”ə bildiriblər ki, Mask 100 milyon dollarlıq ianəni prezident seçkilərində Respublikaçı namizəd Trampı dəstəkləyən “America PAC” adlı siyasi fəaliyyət komitəsinə deyil, prezidentə bağlı kənar təşkilata etmək istəyib.

Qeyd edək ki, İlon Mask prezident seçkilərində Donald Trampın və digər Respublikaçı namizədlərin seçki kampaniyalarına təxminən 288 milyon dollar ianə etmişdi.

Seçilən
13
2
metbuat.az

3Mənbələr