AZ

DİN: Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Martın 12-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Seçilən
16
49
yeniazerbaycan.com

10Mənbələr