AZ

Bu ilin ilk iki ayında Avropaya 1,9 milyard kubmetr qaz ixrac olunub

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 1,9 milyard kubmetr qaz ixrac olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşımında məlumat verib.

Hesabat dövründə Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,5 milyard kubmetr qaz ixrac olunub. Həmçinin bu dövrdə TANAP-la Türkiyəyə 0,9 milyard kubmetr qaz nəql edilib.

Bu ilin ilk iki ayı üzrə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,7 mln. ton olub. Bu dövrdə 8,1 mlrd. kubmetr qaz hasil edilib, 3,8 mlrd. kubmetr qaz isə ixrac olunub.

Seçilən
0
1
vergiler.az

10Mənbələr