AZ

ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb - "Financial Times"

İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) "hiperaktiv kampaniyasına" baxmayaraq, ABŞ hökumətinin xərcləri fevral ayında rekord həddə - 603 milyard dollara çatıb. Bu barədə Financial Times (FT) məlumat yayıb.

Nəşr ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinad edib. 

Eyni zamanda, DOGE bəyan edib ki, qurum müqavilələri və icarələri ləğv etmək və ya sənədləri yenidən müzakirə etmək, aktivləri satmaq, qrantları ləğv eləmək, işçilərin ixtisarı və digər tədbirlərlə 100 milyard dollardan çox qənaət etməyə nail olub.

Musk dəfələrlə iddia edib ki, onun agentliyi hökumətə 1 trilyon dollar qənaət gətirmək yolundadır. Bununla belə, ölkə xəzinədarlığının məlumatlarına inansaq, böyük ixtisarlar yalnız “bəzi maddələr üzrə” qeydə alınıb. O cümlədən, Təhsil Nazirliyinin xərcləri 6 milyard dollar azaldılıb.



Tural

Seçilən
1
1
news365.az

2Mənbələr