AZ

Fernandu Santuş: "Bu qərarın xeyrini görmək üçün yalnız gözləmək lazımdır"

Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilir. 

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırır: 

- İlk dəfə Birinci Liqadan oyunçu dəvət etdiniz. Şahin Şahniyarovu hansı üstünlüklərinə görə milliyə dəvət etmisiniz?

- Çoxlu keyfiyyət gördüm. Mən və məşqçilər korpusum tez-tez aşağı liqa oyunlarına baxırıq. Orada bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. Şahin da keyfiyyətli oyunçudur. Onu da dəvət etmişik ki, özünü görək necə göstərir.

- Haiti ilə oynamaq kimin seçimi idi?

- Rəqiblərimiz AFFA tərəfindən danışılır, müzakirə aparılır, seçilir. Haiti okeanın o biri tərəfində yerləşir. Çox yaxşı oyunçuları var. Yaxşı, güclü liqalarda oynayırlar. Ona görə Haiti heç də zəif rəqib deyil.

- Emin Mahmudovu zədəyə görə çağırmadınız? Zədəli olmasaydı, milliyə dəvət edəcəkdiniz?

- Yalnız Emin deyil, Abbas Hüseynov, Ceyhun Nuriyevi də vurğulaya bilərəm. Amma zədəli olduqları üçün yığmaya dəvət edilməyiblər. Fiziki cəhətdən yaxşı olmadıqları üçün dəvət edilməyiblər.

- Legioner limitinin ləğvi ilə bağlı fikiriniz necədir? Bu qərar gələcək işlərinizə necə təsir edəcək?

- Bu qərarın xeyrini görmək üçün yalnız gözləmək lazımdır. Komanda sayı da artırılıb. Qarşıdakı aylarda görəcəyik ki, bu qərarların nəticəsi bizim üçün necə olacaq.

- Haiti və Belarusdan başqa, hansısa yığmalardan təklif olmuşdu?

- Bayaq da buna oxşar sual oldu. Mən təklif etdim ki, 2 yoldaşlıq oyunu keçirək. O proqrama uyğun da AFFA danışıqlar apardı və komandalar seçildi. Hazırkı milli komandalar toplanışı UEFA tarixlərinə düşür. Bir çox yığmalar rəsmi oyunlara çıxacaq.

- Ramazan ayı davam edir. Futbolçulara oruc tutmağa icazə veriləcək?

- Əlbəttə. İcazə veriləcək. Bu da normaldır. Buna hörmətlə yanaşıram. Bu məsələlərə diqqət etməliyik.

- Birinci Liqa oyunlarına gedirsiz. Amma yalnız bir oyunçunu dəvət etmisiniz. Digərlərindən razı qalmadınız?

- U-17 Liqasını və əvəzedicilərin də çempionatını izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə köməklik etməli və yardımçı olmalıdırlar. Yaşından asılı olmayaraq yığmanın qapıları hər bir azərbaycanlı futbolçuya açıqdır. Onlar özlərini göstərəndə dəvət alacaqlar.

 

Azərbaycan millisinin rəqibləri bəlli oldu - YENİLƏNİB

Orxan Məmmədov: “Qoy idman yarışında həqiqi qalib bəlli olsun”

Filip Yuda: “İnanıram ki, Bakı-2025 əla olacaq”

“Neftçi”nin üzvü Monteneqro millisinə dəvət alıb

Millimiz Lüksemburqa məğlub oldu

Seçilən
6
2
apasport.az

5Mənbələr