Moskva Kiyevlə 30 günlük atəşkəs təklifini qəbul etməsə, Rusiyanı buna vadar etmək üçün yetərincə təsir rıçaqları var.
Ölkə.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Ukraynada atəşkəs Rusiyanın xeyrinə olacaq, lakin bir çox mənfi cəhətlər var”, - Tramp qeyd edib.
Moskvanın 30 günlük atəşkəs təklifini qəbul edəcəyinə ümid etdiyini bildirən Tramp əlavə edib ki, əks təqdirdə bu məsələdə Rusiya üzərində təsir rıçaqları var.
“Elə şeylər var, maddi mənada xoşagəlməz şeylər, bunlar edilə bilər... Bu, Rusiya üçün çox pis olacaq. Mən bunu etmək istəmirəm, çünki sülhə nail olmaq istəyirəm”, - Tramp qeyd edib.
Trampın sözlərinə görə, Amerika nümayəndə heyəti bu məqsədlə artıq Moskvaya gedib.
Mürtəza
Ölkə.Az