AZ

Azərbaycan və Albaniya arasındakı əməkdaşlığa və onun inkişafına sadiqik - Bayram Beqay

Bakı. Trend:

“Albaniya ilə Azərbaycan arasındakı dostluq uzunmüddətliqarşılıqlı əməkdaşlıqda öz əksini tapır”.

Trend xəbərverir ki, bu fikirləri Albaniya Respublikasının Prezidenti BayramBeqay XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışındasöyləyib.

O qeyd edib ki, əməkdaşlıqda iqtisadiyyat və infrastrukturlayihələrini xüsusi vurğulamaq lazımdır: “Biz Azərbaycan vəAlbaniya arasındakı əməkdaşlığa və onun inkişafına sadiqik. Bu,bizim xalqların marağına cavab verir”.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.

Məqalədə:
Seçilən
10
6
az.trend.az

7Mənbələr