AZ

Şəkidə İcra Hakimiyyətinin şöbə müdiri həbs edildi

Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinir.

Şikayətçilər bildirib ki, T.Məmmədov bir neçə nəfərə vəd verməklə onlara ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.


Telegram kanalımız
Seçilən
0
47
yenisabah.az

10Mənbələr