AZ

Qlobal Bakı Forumu vacib məsələləri müzakirə etmək üçün əla fürsət yaradır - Jelka Tsviyanoviç

Bakı. Trend:

Qlobal Bakı Forumu vacib məsələləri müzakirə etmək üçün əlafürsət yaradır.

Trend xəbərverir ki, bunu XQlobal Bakı Forumu çərçivəsində bunu jurnalistlərəverdiyi açıqlamada Bosniya və Herseqovinanın Rəyasət Heyətininsədri Jelka Tsviyanoviç deyib.

“Bunu qeyd etmək son dərəcə vacibdir ki, dünyadakıqeyri-sabitliyi və çoxsaylı neqativ hadisələri nəzərə almaqla bizbu çağırışları imkanlara çevirməyin gerçək yolları barədə danışabilərik. Bu eyni zamanda burada iştirak edən hər bir ölkənümayəndəsi üçün dövlətlərinin üzləşdiyi problemlər haqdadanışmaları baxımından yaxşı fürsətdir”, -deyə o bildirib.

Onun sözlərinə görə, bugün Bosniya və Herzeqovinada dramatikhadisələr baş verməkdədir.

"Əslində, mən bunu ilk növbədə Prezident İlham Əliyevlə, eləcədə forumun bütün iştirakçıları ilə bölüşmək istəyirdim. Çünki butədbir təkcə təcrübə bölüşmək üçün deyil, həm də narahatlıqlarıifadə etmək üçün hər zaman əla bir imkan yaradır. Bu gün mənBosniya və Herseqovinadakı vəziyyətlə bağlı narahatlıqlarımıbölüşdüm", – deyə Jelka Sviyanoviç əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr