AZ

Ukrayna ordusunun uzaqmənzilli ATACMS raketləri qurtarıb

Ukrayna ordusu ABŞ-ın ona verdiyi bütün uzaqmənzilli ATACMS raketlərindən istifadə edib. Bu barədə “Associated Press” (AP) anonim amerikalı məmura və ölkə parlamentinin müdafiə komitəsinin üzvü olan ukraynalı deputata istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Vaşinqton yanvarın sonunda istifadəyə verilmiş bu raketlərdən 40-dan azını Kiyevə ötürüb. Nəşr qeyd edir ki, ABŞ-ın yüksək rütbəli müdafiə rəsmiləri, o cümlədən Pentaqonun keçmiş rəhbəri Lloyd Austin Ukraynaya yalnız məhdud sayda ATACMS-in çatdırılacağını açıqlayıblar.

AP vurğulayır ki, ABŞ və NATO bu münaqişədə digər silahları daha dəyərli hesab edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
13
editor.az

10Mənbələr