Misli premyer-liqasının 26-cı turunda keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb. Ona 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı, klub 3000 manat cərimələnib. Sözügedən matçda baş verənlərlə bağlı "Qarabağ"ın oyunçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı da cəzalandırılıb. Təcavüzkar davranışa yol verən hər iki futbolçu biri şərti olmaqla 2 oyunluq cəzalanıb. Onlara üç ay sınaq müddəti təyin olunub. "Qarabağ" futbolçularının hərəkətinə görə ümumilikdə 4000 manat cərimələnib.
Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat ziyana düşüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta