AZ

Şamaxıda ağır yol qəzası baş verib, iki nəfər ölüb

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisində qeydə alınıb.

"Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
20
31
demokrat.az

10Mənbələr