Şamaxıda ölümlə nəticələnən yol qəzası olub."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisində qeydə alınıb."Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.Məlumatı "Report"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiq ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta