Bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Son Yazılar:
- Şamaxıda ağır qəza – iki nəfər ÖLDÜ
- AFFA Elvinlə Musaya sərt cəza VERDİ
- “Çörəkpulu” alan köçkünlərin sayı AZALDI
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.