Həsən Kür palataya köçürülüb...
Xəstə Həsən Zeynallını (Kür) bu gün reanimasiya şöbəsindən palataya köçürmüşük.
Bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.
Həsən Kürün vəziyyəti stabildir
O qeyd edib ki, Həsən Kürün vəziyyəti hazırda stabildir: "Kompüter tomoqrafiyasından keçirdik. Beynində vəziyyət tədricə yaxşılaşır, qan sovrulur. Neyrocərrahın rəyinə əsasən, əməliyyata girə bilər.
Həsən Kür əməliyyat olunacaq
Gələn həftə Həsən Zeynallının ayağı əməliyyat olunacaq".
Həsən Kürün sağlamlıq vəziyyəti
Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən APA-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Son məlumata görə, süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib. Hazırda palatada müalicəsi davam etdirilir.
Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Poliqon.info