AZ

“Topxana Layihə İnşaat” şirkətinin külli miqdarda vergi borcu var - 2 milyondan artıq

"Topxana Layihə İnşaat” MMC-nin külli miqdarda vergi borcu yaranıb. 

Şirkətin hazırda 2 milyon 132 min 533 manat vergi borcu var. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Topxana Layihə İnşaat" MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur. 

Qeyd edək ki, "Topxana Layihə İnşaat” MMC 2021-ci ilədək "RRT LTD" Firması adı altında fəaliyyət göstərib.
 
 
 
 

Seçilən
3
1
7news.az

8Mənbələr