AZ

“Bank Respublika"nın dollar istiqrazlarına 62 investor 62 sifariş verib - HƏRRACIN NƏTİCƏSİ

6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BANK RESPUBLİKA" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2007002887 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 13.03.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: “BANK RESPUBLİKA" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2007002887

İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli

İstiqrazların sayı:  5,000 (ədəd)

İlkin ticarət qiyməti:  1,000 ABŞ Dolları

Buraxılış həcmi:  5,000,000 ABŞ Dolları

İllik gəlirlilik faizi:  8.5%

Ödəmə periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)

Tədavül müddəti:  8 il

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  5,000,000 ABŞ Dolları

Reallaşdırılmış həcm:  5,000,000 ABŞ Dolları

Minimal qiymət:  1,000.0000 (8.5%) ABŞ Dolları

Maksimal qiymət:  1,001.0000 (8.48%) ABŞ Dolları

Ehtimal olunan kəsmə qiymət*:  1,000.0000 (8.5%) ABŞ Dolları

Ortaçəkili qiymət:  1,000.0100 (8.50%) ABŞ Dolları

İnvestor sayı:  62

Sifariş sayı:  62

Anderrayter:  “ABB-İnvest İ.Ş.” QSC

 

Seçilən
16
3
marja.az

4Mənbələr