AZ

Gənc şair Həsən Kür palataya köçürülüb, vəziyyəti stabildir - FOTO

Həsən Kür palataya köçürülüb

Xəstə Həsən Zeynallını (Kür) bu gün reanimasiya şöbəsindən palataya köçürmüşük.

Bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.

Həsən Kürün vəziyyəti stabildir

O qeyd edib ki, Həsən Kürün vəziyyəti hazırda stabildir: "Kompüter tomoqrafiyasından keçirdik. Beynində vəziyyət tədricə yaxşılaşır, qan sovrulur. Neyrocərrahın rəyinə əsasən, əməliyyata girə bilər.

Həsən Kür əməliyyat olunacaq

Gələn həftə Həsən Zeynallının ayağı əməliyyat olunacaq".

TƏBİB-dən Həsən Kürlə bağlı cavab

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təxminən, 20 gün əvvəl ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilən gənc şair Həsən Kürün həyatı üçün yaranmış təhlükə aradan qalxıb. Tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsində uzun müddət süni tənəffüs aparatında müalicəsi davam etdirilən Həsən Kürün səhhətində həkimlərin səyləri nəticəsində müsbət dinamika müşahidə olunub və o, bu gün palataya köçürülüb. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar alan H.Kür bundan sonra Travmatologiya şöbəsində müalicəsini davam etdirəcək. Onun yaxın günlərdə sol ayağından əməliyyat olunması nəzərdə tutulur.

Həsən Kürün sağlamlıq vəziyyəti

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən APA-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Son məlumata görə, süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib. Hazırda palatada müalicəsi davam etdirilir.

Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Seçilən
11
2
apa.az

10Mənbələr