AZ

Azərbaycanda ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacaq

Bakı. Trend:

Azərbaycan-Özbəkistan birgə kapitallı “Textile Horizon” MMC-yəİqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafıAgentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkınınrezidentliyi statusu verilib.

İZİA-dan Trend-ə verilən məlumata görə, layihə çərçivəsindəSənaye Parkının ərazisində mahlıc, iplik, parça, geyim istehsaledəcək müəssisələr inşa olunacaq və bununla da ölkəmizdə ilk dəfəolaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacaq.

Bildirilib ki, Almaniya, İsveçrə, İspaniya, Türkiyə kimiölkələrin qabaqcıl texnologiyalarının tətbiq ediləcəyimüəssisələrdə il ərzində 11,6 min ton iplik, 7,3 min ton xam parça,6,2 min ton boyalı parça, 11,8 milyon ədəd tikiş məhsulu (geyim)istehsal olunacaq.

İnvestisiya dəyəri 153 milyon manat təşkil edən layihəçərçivəsində 2300-dən artıq daimi iş yerinin yaradılması nəzərdətutulur.

İstehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı,ixracı da həyata keçiriləcək.

Layihənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.

Seçilən
25
5
az.trend.az

6Mənbələr