AZ

Ermənistandakı radkial qüvvələri qızışdırmaq bölgədə sülhə ciddi zərbədir - Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

İran nümayəndə heyətlərinin Ermənistana tez-tez səfərlər edərəkradikal və revanşist qüvvələri təxribata çəkmək cəhdləri sülh vətəhlükəsizlik üçün ciddi zərbədir.

Trend xəbər verir ki, bu fikirləri ARB24telekanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasişərhçi Sahil Kərimli bildirib.

"Əlbəttə ki, İran zaman-zaman Azərbaycana qarşı bəslədiyidüşmənçilik hissini müxtəlif yollarla büruzə verib. Hətta 44 günlükVətən Müharibəsi zamanı da biz bunun şahidi olmuşduq. Ermənistanagizli yollarla dəstək olmaq, havadarlıq etmək və s. Təəssüf ki, bugün də davam edən bu çirkin oyunlar sülhün əldə edilməsiniləngitmək, xüsusilə də Zəngəzur dəhlizi layihəsinin açılmasına maneolmaq məqsədi daşıyır.

Çünki İran daim buna qarşı olub və bölgədə fəaliyyət göstərəcəknəqliyyat-kommunikasiya layihələrindən özü üçün iqtisadi və siyasidividendlər qazanmağa çalışıb. Amma əlbəttə ki, Zəngəzur dəhlizilayihəsinin müəllifi Azərbaycandır və nəyin bahasına olursa olsun,dövlətimiz bu hədəfə çatacaq", - deyə S.Kərimli bildirib.

Məqalədə:
Seçilən
9
6
az.trend.az

7Mənbələr