AZ

Mağazada bilmədən məhsula zərər verdikdə nə etməliyik?

"İstehlakçının mağazada hansısa məhsula bilmədən zərər verməsi halları çox baş verir. İstehlakçılar daim bu barədə mənə suallar verirlər. Bütün hallarda belə məsələlər hadisəni törədən şəxslə biznes qurumu arasında danışıq yolu ilə həll olunmalıdır"

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

"Qanunvericilikdə bu barədə heç nə yoxdur, amma əksər hallarda istehlakçılar pul ödəyib kassa çeki almalıdır. Ola bilər ki, razılıq əsasında güzəşt edilsin, dəymiş ziyan qarşısında az məbləğdə pul tələb edilsin. Bu cür hallarda satıcı polis çağırıb, zərər verən şəxsi polisə də təhvil verə bilər".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
36
demokrat.az

1Mənbələr