Dünyada beynəlxalq normaların zəifləməsi müşahidə olunur.
Operativ Media xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan deyib.
"Vəziyyəti və üzləşdiyimiz çağırışları - durğun Ümumdünya Ticarət Təşkilatı, iflic vəziyyətində olan Təhlükəsizlik Şurası, qeyri-funksional ticarət və maliyyə sistemləri, zəifləmiş beynəlxalq normalar və beynəlxalq maliyyə institutlarının fəaliyyət göstərməməsini nəzərə alsaq, bu fonda gələcəyin indi burada olması özlüyündə böyük nailiyyətdir", - o deyib.
Məcid Xan qeyd edib ki, bu gün qloballaşma prosesində iştirak etmək üçün ölkələrin könüllü olaraq tərk etdikləri o mövqeləri və bazaları bərpa etmək istəyi var. Və bu tendensiya getdikcə güclənir.
“Bizim üçün həqiqətən də bu istəyə nəyin səbəb olduğunu başa düşmək vacibdir” - o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir.
Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.