AZ

Putin Ukraynada hərbi əməliyyatların dayandırılmasının şərtini açıqlayıb

Rusiya Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır...

“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, lakin bu elə bir dayandırma olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini aradan qaldırsın”, - o, Rusiya-Belarus yüksək səviyyəli danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Putin hesab edir ki, Ukraynada atəşkəs əldə olunması ideyası düzgündür, amma müzakirə edilməli olan məsələlər də var.

Eyni zamanda Putin atəşkəs əldə olunarsa, Rusiya qoşunlarının hər nöqtəsində hücuma keçdiyi 2 min km-lik döyüş xətti boyunca vəziyyətin necə olacağına dair sual da verib.

Poliqon.info

Seçilən
9
5
poliqon.info

10Mənbələr